Kadırov qardaşı oğlunun toyunda BELƏ rəqs etdi


Digərləri 10 Sen 2020 15:27:00 133 0

Kadırov qardaşı oğlunun toyunda BELƏ rəqs etdi

Çeçenistan lideri Ramzan Kadırov "Axmat" idman klubunun döyüşçüsü olan 24 yaşlı qardaşı oğlu Abubakar Kadırovun dəbdəbəli toyunu göstərib.

Son.az big.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı lenta.ru saytı yayıb.

"Əminəm ki, Abubakar yaxşı bir ər və əla bir ailə başçısı olacaqdır. Uşaqlığından bəri mülayim davranışı, dərin dindarlığı və nəcibliyi ilə seçilib" deyib.

O, qohumunun "Quran-ı Kərimin Hafizi, "Axmat" idman klubunun gənc və perspektivli döyüşçüsü" olduğunu da əlavə edib.

Yayımlanan görüntülərdə konfetin və gül ləçəklərinin yeni evlənənlərin üzərinə vertolyotdan necə atıldığı göstərilir.

Kadırov qardaşı oğluna papaq və plaş hədiyyə edib, daha sonra toyda rəqs edib.