BƏƏnin 4 tarixi abidəsi UNESCOnun Dünya Maddi İrs Siyahısına daxil edilə bilər


Digərləri 09 Sen 2020 23:22:00 212 0

BƏƏnin 4 tarixi abidəsi UNESCOnun Dünya Maddi İrs Siyahısına daxil edilə bilər

UNESCO Birləşmiş Ərəb Əmirliklərinin 4 qədim abidəsinin Dünya Maddi İrs Siyahısına daxil edilməsini müzakirə edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Gulf News" nəşri məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl Rəs Əl Xaymada yerləşən Əl Dayah qalası UNESCO-nun Dünya Maddi İrs Siyahısına daxil edilib. Bu tarixi kompleksə Əmirliklərin həmin ərazisində yerləşən Culfar yaşayış məskəni, Qırmızı adadakı "İnci Ticarət" şəhəri, Əl Şamal və Əl Dayah qədim tikililəri daxildir.

BƏƏ-nin Mədəniyyət və Gənclər naziri Nura Əl Kəbi bildirib ki, Körfəzin bu unikal tarixi abidələrinin UNESCO-nun Maddi İrs Siyahısına daxil edilməsi 5 min il tarixi olan yerli mədəniyyətin mühafizəsi və təbliği baxımından əhəmiyyətlidir. O əlavə edib ki, indiyədək 9 tarixi abidə həmin siyahıya salınıb və yenilərinin əlavə edilməsi istiqamətində UNESCO-nun müvafiq komissiyası ilə birgə iş aparılır.

UNESCO-nun siyahısına daxil ediləcək yeni tarixi abidələr Fucayrahdakı Əl Bidyə məscidi, Əbu-Dabidə Ümm ən-Nar adasında yerləşən qədim tikililər və Dubayı iki yerə bölən "Dubai Greek" təbii dəniz ayrıcıdır.