Qonşu ölkədə yeni dərs ilinin başlanmasına dair mədəni tədbirlər keçirilməyəcək


Dünya 09 Sen 2020 21:00:00 141 0

Qonşu ölkədə yeni dərs ilinin başlanmasına dair mədəni tədbirlər keçirilməyəcək

Gürcüstanda yeni dərs ilinin təxirə salınması planlaşdırılmır. Amma bəzi məhdudiyyətlər olacaq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, ölkə üzrə çoxlu sayda təhsil müəssisələrində monitorinqlər aparılıb. Onlardan 600-də epidemioloji vəziyyətə ciddi riayət olunur. Həmin məktəblərdə dərs prosesinin təhlükəsizliyi ilə bağlı nazirliyin tələbləri yerinə yetirilib.

Nazir, ali məktəblərdə də dərslərin vaxtında bərpa olunacağını deyib.

Qeyd edək ki, qonşu ölkədə yeni tədris ili sentyabrın 15-də başlayacaq.

"Bununla belə, sentyabrın 15-də məktəblərdə dərs ilinin başlanması ilə bağlı təntənəli tədbirlər qadağan edilib", - deyə Y.Tikaradze vurğulayıb.