Çexiyada qapalı məkanlarda maska taxmaq məcburi olacaq


Dünya 09 Sen 2020 18:22:00 119 0

Çexiyada qapalı məkanlarda maska taxmaq məcburi olacaq

Çexiyada qapalı məkanlarda maska taxmaq məcburi olacaq.

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Adam Voyteç bildirib.

Nazir deyib ki, ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar belə bir qərar qəbul edilib.

Sentyabrın 10-dan etibarən bütün ölkə ərazisində qapalı yerlərdə, binaların daxilində maska taxmaq məcburi olacaq.  Qeyd edək ki, son həftələrdə Çexiyada koronavirusa yoluxma sayı artıb. Sentyabrın 8-də koronavirusa 1164 yeni yoluxma faktı qeydə alınıb.