Gürcüstanda tibbi maskadan istifadəyə nəzarət gücləndirilir


Dünya 09 Sen 2020 17:22:00 130 0

Gürcüstanda tibbi maskadan istifadəyə nəzarət gücləndirilir

Gürcüstanda tibbi maskalardan istifadə edilməsinə nəzarət gücləndiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili Gürcüstan Qurumlararası Koordininasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, xüsusilə də qapalı ictimai məkanlarda tibbi maskalardan istifadə edilməsinə nəzarət sərtləşdiriləcək. 

"Vətəndaşları mümkün qədər qaydalara riayət etməyə çağırırıq. Qaydalara riayət edilməsinə həm polis, həm də əmək müfəttişliyi tərəfindən aktiv şəkildə nəzarət ediləcək", - deyə N. Mezvrişvili bildirib.

Qeyd edək ki, Gürcüstanda son günlərdə epidemioloji durum kəskinləşib və yoluxma hallarının sayı aprel ayınadan etibarən ən yüksək həddə çatıb. Son sutka ərzində ölkədə 44 yeni yoluxma halı qeydə alınıb.