Pişik dişləyən aktrisa xəstəxanalıq oldu


Digərləri 09 Sen 2020 17:38:00 145 0

Pişik dişləyən aktrisa xəstəxanalıq oldu

Aktrisa Selin Şekerci xəstəxanalıq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, küçədə gördüyü pişiyi sığallamaq istəyən sənətçini heyvan dişləyib. İki gün sonra Selinin hərarəti qalxıb.

Hərarət, qusma, qarın və mədə ağrısı şikayətləri ilə xəstəxanaya yollanan aktrisa Covid19 olduğunu düşünüb. Həkimlər isə onun xəstəliyinin səbəbinin pişik dişləməsi olduğunu deyib.

Selin "Pişik dişləyəndə quduzluğa qarşı iynə vurdurmaq yetərli deyil. Anamdan əmdiyim süd burnumdan gəldi" sözlərini söyləyib.