Qaçqın düşərgəsində yanğın: arasında koronavirus xəstələri olan


Dünya 09 Sen 2020 17:30:00 121 0

Qaçqın düşərgəsində yanğın: arasında koronavirus xəstələri olan

Yunanıstanın Lesbos adasında qaçqın düşərgəsində yanğın baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, minlərlə miqrant COVID-19 səbəbiylə karantinə alındığı "Moriya" qaçqın düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

Bildirilir ki, təxminən 12,5 min nəfərin yaşadığı düşərgədə bir neçə gün əvvəl Somalidən olan qaçqınlardan birində koronavirus təsdiqlənib. Bundan sonra əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Qeyd edilir ki, yanğın düşərgənin içərisində və xaricində yayılıb.

Hazırda 12 mindən çox miqrant küçədədir, onlar polis tərəfindən qorunur. Vəziyyəti gərginləşdirən məsələ qaçqınlar arasında COVID-19 testinin müsbət çıxdığı insanların olmasıdır.

Yanğının səbəbi və dəyən ziyanın tam həcmi barədə məlumat verilmir.