Restoranda xına mərasimi təşkil edənlər belə tutuldular VİDEO FOTO


Dünya 09 Sen 2020 16:58:00 162 0

Restoranda xına mərasimi təşkil edənlər belə tutuldular  VİDEO  FOTO

Kütləvi mərasimlərin keçirilməsi ilə bağlı məhdudiyyətlərin qüvvədə olmasına baxmayaraq şənlik təşkil edən şəxslər saxlanılıblar.

Son.az haberler-ə istinadla bildirir ki, toyların və 5-6 nəfərdən çox insanın toplaşa biləcəyi digər mərasimlərin keçirilməsi ilə bağlı qadağaların tətbiq edildiyi vaxtda 15 nəfərlə birlikdə xına mərasimi keçirən şəxslər cəzalandırılıblar.

Türkiyənin Bursa şəhərindəki restoranların birində xına mərasimi təşkil edənlər ümumilikdə 27 min lirə (təxminən 7 min manat) məbləğində cərimələniblər.

Qeyd edək ki, sentyabr ayının 4-dən etibarən Türkiyədə yenidən toyların, nişan və xınayaxdı mərasimlərinin keçirilməsi qadağan edilib.