Almaniyada taksi sürücüləri nə qədər qazanır?


Dünya 01 Sen 2020 15:10:00 210 0

Almaniyada taksi sürücüləri nə qədər qazanır?

Almaniyada taksi fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı günü-gündən artır.

Son.az avtosfer.az-a istinadən bildirir ki, Almaniyada bu işlə xüsusilə Türkiyə, İran və İraqdan gələn əcnəbilər məşğul olurlar. Taksi fəaliyyəti ilə məşğul olmaq isə elə də asan deyil.

Almaniyada bu sahədə apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sürücülük təcrübəsi minmum üç il olmalıdır. Sürücülük təcrübəsi sürücülük vəsiqəsinin alındığı gündən hesablanır. Daha sonra bu peşə ilə bağlı fəaliyyət göstərən uyğun bir şirkət tapmalıdır. Yaş məhdudiyyəti yoxdur. Yaşadığınız ərazidə fəaliyyət göstərən polis məntəqəsindən həbs və ya saxlanılmanın olmaması ilə bağlı sənəd alınmalıdır. Sərxoş halda və ya narkotik maddələrin təsiri ilə hansısa qanun pozuntusuna yol verən və buna görə polisdə qeydiyyatda olan şəxslərə bu sənəd verilmir.

Bundan sonra şəxsin etməli olduğu taksi fəaliyyəti ilə bağlı xüsusi təlimlər verən məktəblərə qeydiyyat üçün müraciət etməkdir. Almaniyada, demək olar ki, hər sürücülük məktəbi bu tip kurslar verir. Kurslar 3-6 aya qədər davam edə bilir.

Kursun sonunda taksi sürücüsü olmaq istəyənlər üçün bir yazılı, bir də şifahi imtahan olur. İmtahanlarda tələb olunan balı yığan şəxslərə taksi fəaliyyəti ilə məşğul ola bilmək üçün sertifikat verilir.