Hindistanda avtobus yandı


Dünya 12 Avq 2020 19:09:00 120 0

Hindistanda avtobus yandı

Hindistanın cənubundakı Banqalor şəhəri yaxınlığında avtobus yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqlar da var.

Hadisə zamanı avtobusda 32 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, yanğın avtobusun mühərrikində qısaqapanma nəticəsində baş verib. Avtobusun sürücüsü hadisə yerindən uzaqlaşıb.