Amerika Kosmik Qüvvələri hücum əməliyyatları həyata keçirə bilər


Dünya 12 Avq 2020 17:55:00 119 0

Amerika Kosmik Qüvvələri hücum əməliyyatları həyata keçirə bilər

Amerika Kosmik Qüvvələri lazım olacağı təqdirdə hücum əməliyyatları həyata keçirə, həmçinin yerdə və kibernetik sahədə hədəflərə hücum edə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların yeni növ Silahlı Qüvvələrinin doktrinasında deyilir.

"Spacepower" (Kosmik güc) adlı sənəddə Silahlı Qüvvələrin kosmik bölməsinin nə ilə məşğul olacağı izah edilir və ABŞ-ın kosmosu nə üçün hərbi əməliyyatlar sahəsi hesab etməsinə aydınlıq gətirilir. Doktrinada kosmosdakı hərbi əməliyyatlar döyüş aparmaq üçün müstəqil sahə kimi nəzərdən keçirilir.

Sənədə əsasən, hücum əməliyyatları kosmik sahədə üstünlüyə yiyələnməyə çalışan və ya onu öz maraqları üçün istifadə etmək istəyən düşmənə qarşı aparılacaq. Qeyd olunur ki, hərbi əməliyyatlar "kosmosda üstünlüyün əldə olunması üçün vacib əhəmiyyət kəsb edir".

"Hücum əməliyyatları düşmənin kosmosdakı imkanlarına və kosmik hücumdan müdafiə sistemlərinə, həmçinin onun bütün sahələrdə effektivliyinə hədəflənib. Əməliyyatlar düşmən üzərində üstünlüyün əldə olunması və dost qüvvələrə qarşı istifadə edilmədən öncə onun kosmik missiyasının neytrallaşması məqsədi ilə aparıla bilər", - deyə sənəddə bildirilir.