Avstraliyada koronavirusdan ölüm sayı rekord həddə çatıb


Dünya 12 Avq 2020 17:11:00 103 0

Avstraliyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

Avstraliyada koronavirus pandemiyası başladığı vaxtdan etibarən bir gün ərzində ən çox ölüm faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində ölkədə 21 nəfər koronavirusun qurbanı olub.

Bundan əvvəlki rekord ötən gün, 19 nəfərin ölümü ilə qeydə alınmışdı.

Bu gün Avstraliyada yoluxanların sayı 414 nəfərə bərabər olub.