Rusiyada 129 nəfər koronavirusdan öldü


Dünya 12 Avq 2020 15:52:00 155 0

Rusiyada 129 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 102 nəfər virusa yoluxub, 129 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 902 701 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 260 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 710 298 nəfər virusdan sağalıb, 177 143 nəfərin müalicəsi isə davam edir.