Şotlandiyada qatar relsdən çıxdı, yaralılar var


Dünya 12 Avq 2020 15:06:00 129 0

Şotlandiyada qatar relsdən çıxdı, yaralılar var

Şotlandiyada qatar relsdən çıxıb.

Son.az bildirir ki, Sputniknews-un təcili xəbərinə görə, qatarın relsdən çıxmasına güclü külək və daşqınlar səbəb olub.

Ölən və ya xəsarət alanların olması barədə məlumat verilməsə də, sosial şəbəkədə yayılan məlumatlara görə yaralılar var və qatardan tüstü çıxır.

Hadisə Stonehaven səmtində baş verib. Olay yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb edilib.

Bəxtiyar Umarlı Son.az