Balakəndə tapılan əqli qüsurlu qadının şəxsiyyəti bilindi


Digərləri 12 Avq 2020 13:01:00 146 0

Balakəndə tapılan əqli qüsurlu qadının şəxsiyyəti bilindi

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyən edilib.

Son.az APA-ya istinadən bildirir ki, onun Zaqatala rayonu Uzun Tala kənd sakini, 1962-ci il təvəllüdlü Cəmilə Xaşayeva olduğu məlum olub.

Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaq, qadını onlara təhvil veriblər.

Balakəndə əqli qüsuru olan qadın tapılıb.

Qeyd edək ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, polis şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmamışdı.