Aktrisanın oğlu 47 yaşında vəfat etdi FOTO


Digərləri 12 Avq 2020 11:06:00 180 0

Aktrisanın oğlu 47 yaşında vəfat etdi  FOTO

Türkiyənin məşhur aktrisası Hümeyraya ağır itki üz verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisanın oğlu Sadık Bigat 47 yaşında vəfat edib.

Məlumata görə, oğlundan xəbər ala bilməyən Hümeyra onun Nişantaşındakı evinə gedib və mənzildə cansız bədənini aşkarlayıb.

Bigatın ürəktutması nəticəsində dünyasını dəyişdiyi müəyyənləşib. Bildirilir ki, hadisə vaxtı mərhumun xanımı İstanbuldan kənarda olub.