İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib


Dünya 12 Avq 2020 09:32:00 132 0

İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın üç mövqeyinə zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri nəticəsində HƏMAS-ın hərbi bazası, yeraltı strukturu və müşahidə postu məhv edilib.