İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb


Dünya 12 Avq 2020 09:21:00 113 0

İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb

İsraildə ötən gün yeni növ koronavirusa 1 871 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 86 593 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 60 080 nəfəri sağalıb, 622 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 25 889 nəfər təşkil edir.