Pandemiya Gürcüstanda özəlləşmə proseslərinə mənfi təsir göstərib


Dünya 12 Avq 2020 02:32:00 162 0

Pandemiya Gürcüstanda özəlləşmə proseslərinə mənfi təsir göstərib

Pandemiya Gürcüstanda bir çox proseslərə, o cümlədən investisiya qoyuluşuna və özəlləşmə prosesinə də ciddi mənfi təsir göstərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava söyləyib.

Onun sözlərinə görə, koronavirusla əlaqədar olaraq ölkədə özəlləşmə ilə bağlı həyata keçirilən "Biznes üçün 100 investisiya layihəsi" proqramı çərçivəsində dövlət mülkiyyətində olan müəssisələrinin özəlləşdirilməsi də yavaşıyıb. Cari ilin birinci yarısında cəmi 75 milyon lari dəyərində dövlət mülkiyyətində olan obyekt satılıb.

"Koronavirus pandemiyası ilə əlaqədar iş adamları və sərmayədarlar üçün auksionların keçirilməsində problemlər yaranıb. Geriləmə də əsasən bununla əlaqədardır", - deyə N.Turnava vurğulayıb.