Bəzi Xiaomi tətbiqləri Hindistanda qadağan olundu


Digərləri 11 Avq 2020 23:55:00 146 0

Bəzi Xiaomi tətbiqləri Hindistanda qadağan olundu

Hindistan TikTok ilə birlikdə daha 47 Çin tətbiqinə qadağa qoyub.

Son.az ted.az-a istinadən bildirir ki, dünən Hindistan hökumətinin verdiyi qərarla Xiaomi tətbiqlərində Mi Browser Pro və MIUI Cleaner də qadağan edildi.

Xatırlayırsınızsa, may ayında Xiaomi-nin fərdi məlumatları icazəsiz paylaşdığı ortaya çıxdı. Marka o dövrdə bir çox açıqlamada şəxsi məlumatları topladığını etiraf etsə də, bu məlumatları digər insanlar və qurumlarla paylaşmadığına dair dəlillər ortaya qoydu. Digər tərəfdən, Hindistan, Xiaomi-nin bu qalmaqalı və TikTok-un istifadəçi məlumatlarını gizli şəkildə toplayan kəşfi ilə şəxsi məlumatları toplayan bir çox Çin mənşəli tətbiqinə qadağa qoymaq qərarına gəldi. Dünən yaranan MIUI Cleaner və Mi Browser Pro-a qoyulan qadağa Hindistan bazarının ən güclü oyunçulardan biri olan Xiaomi üçün həyəcan siqnallarının səslənməsinə səbəb oldu.