Məşhur tətbiqin fəaliyyətinə xitam verilir


Digərləri 11 Avq 2020 23:30:00 173 0

Məşhur tətbiqin fəaliyyətinə xitam verilir

Google-un rəqəmsal musiqi platforması Google Play Music bağlanır.

Son.az ted.az-a istinadən bildirir ki, Google Play Music oktyabr ayından etibarən artıq fəaliyyət göstərməyəcək. Amma tətbiq hər yerdə eyni vaxtda bağlanmayacaq. O öncə Avstraliya və Yeni Zelandiyada fəaliyyətinə xitam verəcək. Daha sonra isə proses digər ölkələrdə də davam edəcək.

Tətbiqin fəaliyyətini dayandırması barədə isə heç bir səbəb göstərilməyib.

Qeyd edək ki, şirkət Google Play Music-i YouTube Music və Spotify-ə rəqib olaraq yaradıb.