Məşhur analitik Trumpın qərarının texnoloji satışlara təsirini şərh etdi


Digərləri 11 Avq 2020 22:30:00 144 0

Məşhur analitik Trumpın qərarının texnoloji satışlara təsirini şərh etdi

Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə, ABŞ prezidenti Donald Trump-ın TikTok və WeChat-ı qadağan edən qərarları gələcəkdə iPhone satışları üçün ciddi təhlükə yaradacaq.

Son.az ted.az-a istinadən bildirir ki, TF International Securities şirkətində çalışan analitikin fikrincə, bu qərar Çinin Tencent formasını hədəf alıb. O bildirib ki, bu embarqo iki ssenaridən birini həyata keçirir:

WeChat App Store-nin xidmət etdiyi bütün ölkələrdən silinsə, iPhone satışları 25-30% aşağı düşəcək. Bununla yanaşı,  AirPods, iPad, Apple Watch və Mac satışlarında da 15-25% azalma gözlənilir.

Digər ssenari isə WeChat-ın yalnız ABŞ üçün hazırlanan Apo Store-dən silinməsi ilə bağlıdır. Kuo-nun fikrincə, tətbiq qlobal embarqoya məruz qalmadan və yalnız ABŞ-da qadağan olunsa, iPhone satışları 3-6% ziyanla qurtula biləcək.