Paris yaxınlığında yaşayış evi yanıb:


Dünya 11 Avq 2020 15:09:00 142 0

Paris yaxınlığında yaşayış evi yanıb:

Fransanın paytaxtı Paris yaxınlığında yaşayış evində yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

Gecə saatlarında başlayan yanğının qarşısını dörd saatdan sonra almaq mümkün olub.

Binada yaşayan bütün sakinlər təxliyə olunub. Yanğınsöndürmə və xilasetmə işlərinə 150-dən çox yanğınsöndürən cəlb olunub.