Koronavirusa yoluxan aktrisa VİDEO çəkib,


Digərləri 11 Avq 2020 13:02:00 160 0

Koronavirusa yoluxan aktrisa VİDEO çəkib,

Koronavirusdan sağalan şəxslərin saçlarının sürətlə tökülməsi barədə məlumat vermişdik.

Son.az Nyu-York Post-a istinadla bildirir ki, amerikalı aktrisa Alyssa Milano şəxsi Instagram hesabında paylaşım edərək koronavirusun saçlara necə zərər verdiyini və sürətlə töküldüyünü göstərib.

Bir müddət əvvəl koronavirus testinin pozitiv çıxdığını elan edən 47 yaşlı aktrisa duş qəbul etdikdən sonra saçları yaş halda kamera qarşısına keçərək saçlarının necə töküldüyünü video ilə sübut edib.

O bildirib ki, xəstəliyə aprel ayında yoluxsa da, hələ də müəyyən problemlər yaşayır.

Bundan əlavə, Britaniyada koronavirusdan sağalan 1500 nəfər arasında aparılan onlayn sorğu nəticəsində məlum olub ki, onların 27 faizinin saçları keçəlləşib. Ekspertlər bunu stressin həddindən artıq artması ilə əlaqələndiriblər. Həmçinin, koronavirusdan sağalanların ağciyərləri bir müddət sonra zəifləməyə başlayır və sağlamlıqla bağlı problemlərə səbəb olur.