Gürcüstanda son sutkada 14 yoluxma qeydə alınıb


Dünya 11 Avq 2020 12:40:00 135 0

Gürcüstanda son sutkada 14 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 264 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 930 nəfər karantində saxlanılır, 263 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 054 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.