Venesuelada rekord sayda yoluxma qeydə alınıb


Dünya 11 Avq 2020 09:28:00 126 0

Venesuelada rekord sayda yoluxma qeydə alınıb

Venesuela həkimləri sutka ərzində 995 koronavirusa yoluxma faktı aşkarlayıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Venesuela vitse-prezidenti Delsi Rodriges bildirib.

Onun sözlərinə görə, 995 yoluxma faktı qeydə alınıb.

Bundan əvvəl Venesuelada sutkada 700-ə yaxın yeni yoluxma faktı aşkar edilib. Xəstəliyin ümumi sayı 26,8 min nəfər olub.