Qeyriçimərlik ərazidə 1 nəfər batıb


Digərləri 10 Avq 2020 23:25:00 185 0

Qeyriçimərlik ərazidə 1 nəfər batıb

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.