ABŞ hazırlayacağı vaksini yalnız bu şərtlə dünyaya paylayacaq


Dünya 10 Avq 2020 21:40:00 144 0

ABŞ hazırlayacağı vaksini yalnız bu şərtlə dünyaya paylayacaq

Koronavirusa qarşı hazırlanan peyvənd və ya dərman ABŞ-ın ehtiyacı qarşılandıqdan sonra digər ölkələrlə paylaşılacaq.

Son.az xəbər verir ki, bunu ABŞ-ın Səhiyyə naziri Aleks Azar deyib.

Tayvan səfərində jurnalistlərə açıqlama verən nazir hazırda dünya miqyasında 200-dən artıq peyvənd üzərində işlər aparıldığını xatırladıb: "Onların içində kliniki mərhələyə qədər gələn 20 namizəd var. Bizim prioritetimiz, əlbəttə, ABŞ-da istifadə edilmək üzrə kifayət qədər miqdarda, ABŞ Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiq edilmiş, effektiv və təhlükəsiz peyvənd və ya müalicə üsulu hazırlamaq, istehsal etməkdir. Bu tələbatların qarşılanması təqdirində beynəlxalq cəmiyyətlə məsləhətləşərək dünya üçün ədalətli və bərabər şəkildə paylanmaq üzrə müvafiq məhsullardan hazırlamağı planlaşdırırıq".

O bildirib ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması rəsmi Vaşinqtonun qlobal səhiyyəyə daha az fayda verəcəyi mənasına gəlmir. (publika.az)