Avtomobili düzgün saxlamadığı üçün sürücünün ayağını sındırdılar


Dünya 10 Avq 2020 18:34:00 191 0

Avtomobili düzgün saxlamadığı üçün sürücünün ayağını sındırdılar

Moskvada "üç vağzal meydanı"nda sürücülər arasında dava düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, buna səbəb avtomobil sahiblərindən birinin maşını düzgün saxlamaması olub.

Dava nəticəsində bir nəfər xəsarət alıb. Onu daban sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya çatdırıblar.

Faktla bağlı Moskva polisi tərəfindən araşdırma aparılır.