Beyrutdakı partlayış nəticəsində 200dən çox insanın öldüyü güman edilir


Dünya 10 Avq 2020 18:28:00 142 0

Beyrutdakı partlayış nəticəsində 200dən çox insanın öldüyü güman edilir

Beyrut limanında baş verən güclü partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Beyrutun qubernatoru Marvan Abbud deyib.

Şəhərin qubernatoru onlarla adamın hələ də itkin olduğunu bildirib.

M. Abbud qeyd edib ki, onların çoxu əcnəbilər olub.

Qeyd edək ki, ordu limanda axtarış əməliyyatının xilasetmə mərhələsini dayandırıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs isə itkin düşüb.