Sevda Ələkbərzadədən daha bir möhtəşəm tərz


Şou-biznes 10 Avq 2020 17:06:00 129 0

Sevda Ələkbərzadədən daha bir möhtəşəm tərz

Sevda Ələkbərzadə öz yaradıcı eksperimentlərinə və cəsarətinə daha bir tərz əlavə edib.

Son.az xəbər verir ki, o, bu dəfə "Ən" adlı mahnısını təqdim etməklə nə qədər fərqli və eyni zamanda müasir janrlarla ayaqlaşa biləcəyini nümayiş etdirib. 

Müəllifi və sound prodüseri Nicat Məlikov olan "Ən" adlı mahnıya öz tilsimli səsi ilə həyat verən müğənninin bu layihəsi üçün də komanda peşəkarlardan seçilib. Mahnıda Şərq, Qərb, eləcə də Muğam və Afrika cərəyanlarının uğurlu harmoniyasını hiss edən peşəkar stilist Leyla Məmmədova Sevda Ələkbərzadəyə seçdiyi möhtəşəm obrazla layihənin gedişatına xüsusi rənglər, xırdalıqlar və incə zövq əlavə etdi. Onun Sevdanın timsalında yaratdığı obrazı isə top vizajist, tanınmış make up ustası Elnur Həsənov öz dəbli tərzi, artistin simasına yaraşan parlaq əl işi ilə tamamladı.