Rusiyada COVID19dan ölənlərin sayı 15 mini ötdü


Digərləri 10 Avq 2020 13:56:00 145 0

Rusiyada COVID19dan ölənlərin sayı 15 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 890 min nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 118 nəfər virusa yoluxub, 70 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 892 654 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 001 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 696 681 nəfər virusdan sağalıb, 180 972 nəfərin müalicəsi isə davam edir.