Kontakt Home mağazaları yenidən açıldı BÜTÜN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜLÜB


Digərləri 10 Avq 2020 11:30:00 292 0

Kontakt Home mağazaları yenidən açıldı  BÜTÜN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜLÜB

Kontakt Home mağazaları tam təhlükəsiz qaydada yenidən müştərilərin xidmətinə açıldı

Elektronika və mebel satışı üzrə ölkənin ən böyük satış şəbəkələrindən olan Kontakt Home karantin rejiminin yumşaldılmasından sonra mağazalarının qapısını yenidən müştərilərinin üzünə açdı.

Həm müştərilərinin, həm də əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Kontakt Home bütün mağaza və inzibati binalarında virus və bakteriyalar əleyhinə yenidən dezinfeksiya işləri aparıb.

Karantin qaydalarına uyğun olaraq, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin, mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

Qeyd edək ki, Kontakt Home-un Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 27 mağazası fəaliyyət göstərir. Bu gündən etibardən şəbəkə 2 yeni: Bakıda Ukrayna dairəsi, Sumqayıtda 10-cu mikrorayon mağazaları ilə müştərilərini sevindirməyə davam edəcək.