Məşhur şoumen velosipeddən yıxılıb, belini sındırdı


Digərləri 10 Avq 2020 11:16:00 178 0

Məşhur şoumen velosipeddən yıxılıb, belini sındırdı

"X-Factor" şousunun yaradıcısı və aparıcısı, britaniyalı prodüser Saymon Kouell ABŞ-ın Kaliforniya ştatının Malibu şəhər xəstəxanasına yerləşdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "People" nəşri məlumat yayıb.

Bildirilib ki, şoumen elektrikli velosipeddən yıxılıb və belini sındırıb:

"O, həyətində yeni hazırladığı elektrikli velosipedi sınaqdan keçirərkən yıxılıb. Yaxın günlərdə onun əməliyyat ediləcəyi bildirilib".