“Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır”


Digərləri 10 Avq 2020 11:05:00 171 0

“Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır”

Jurnalist Dünya Sakit koronavirusa yoluxmuş qardaşı oğlunun 15 gündən sonra təkrar test vermək istəyinə poliklinikadan "yox" cavabı verilməsindən narazılığını bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,  D.Sakit qeyd edib ki, qardaşı oğlu xəstəliyi simptomsuz evdə keçirib: "15 gündən sonra təkrar test olunmasını istədik. Yerli poliklinikadan dedilər ki, artıq ikinci test eləməyə icazə verilmir, 15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır". 

D.Sakit, həmçinin qeyd edib ki, koronavirusa yoluxmuş həyat yoldaşının qan dəyərlərini yoxlatmaq istəyinə də "yox" cavabı verilib:

"Poliklinika və 103 xidmətindən dedilər ki, biz evdə heç kimdən analiz götürmürük, özələ gedin. Yaxşı, koronaviruslu xəstə evindən çıxanda 300 manat cərimə, yaxud cinayət işi açılır. Bu adam özəl klinikaya necə getsin? Özəl klinikalara zəng vurdum, dedim, qanını gətirim analiz edin, dedilər, qəti olmaz, siz xəstə ilə eyni evdə yaşayırsınız, kontaktda olursunuz, sizi klinikaya buraxa bilmərik". 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, vətəndaşa hər iki halda prosedura uyğun olaraq doğru cavab verilib: