Pandemiya dövründə Türkiyədən dünyanın 150 ölkəsinə yardım göndərilib


Dünya 10 Avq 2020 09:30:00 148 0

Pandemiya dövründə Türkiyədən dünyanın 150 ölkəsinə yardım göndərilib

COVID-19 pandemiyası dövrü ərzində Türkiyədən dünyanın 150 ölkəsinə və altı beynəlxalq quruma tibbi ləvazimatlardan ibarət yardım göndərilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kocaeli Universitetinin Səhiyyə Qurumları və Araşdırma Mərkəzinin açılış mərasimində bildirib.

Ölkədə koronavirusa yoluxan hər şəxsin müalicəsinin dövlət tərəfindən aparıldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan, pandemiya dövrü ərzində Türkiyənin şəhər xəstəxanalarının fəaliyyətinin qürurverici olduğunu qeyd edib.

Bütün dünyanı öz mənfi təsiri altına alan pandemiya dövrü ərzində hər kəsin diqqətli olmasının, qaydalara riayət etməsinin vacibliyini vurğulayan Türkiyə Prezidenti, bu dövr ərzində dünyanın müxtəlif ölkələrindən 90 minədək Türkiyə vətəndaşının Vətənə gətirildiyini bildirib.