Son sutka ərzində Pakistanda koronavirusdan 14 nəfər həyatını itirib


Dünya 10 Avq 2020 09:20:00 160 0

Son sutka ərzində Pakistanda koronavirusdan 14 nəfər həyatını itirib

Son sutka ərzində Pakistanda 634 nəfər koronavirusa yoluxub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla da xəstəliyə yoluxanların sayı 284 min 121 nəfərə çatıb.

Son sutkada 14 xəstə vəfat edib və ölənlərin sayı 6 min 82 nəfər olub.

Bildirilir ki, xəstəxanalarda hazırda 17 min 791 pasiyent var və bunlardan 791 xəstənin vəziyyəti ağırdır.