Lukaşenko: "Belarusda xaos olmayacaq"
Dünya 09 Avq 2020 17:19:00 172 0
Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.
Son.az APA-ya istinadən bildirir ki, bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
A. Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: "Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur".
Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, "Düzünü Danış" Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.
Mənbə: milli.az