İranda güclü zəlzələ olub


Dünya 09 Avq 2020 16:04:00 162 0

İranda güclü zəlzələ olub

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Gilan Qərb rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:46-da 8 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.