Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı


Dünya 09 Avq 2020 15:12:00 156 0

Ermənistanda daha 225 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda son sutka ərzində daha 255 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 40 min 410-a çatıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 6 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 791 nəfər olub.

İndiyədək 32 min 520 xəstə sağalıb. Hazırda Ermənistanda 6 871 aktiv koronavirus xəstəsi var.