Lukaşenko səs verdi


Dünya 09 Avq 2020 13:47:00 195 0

Lukaşenko səs verdi

Xəbər verdiyimiz kimi, bu gün Belarusda prezident seçkiləri keçirilir.

"Qafqazinfo" "TASS"a istinadən bildirir ki, ölkənin hazırkı lideri Aleksandr Lukaşenko da səsvermədə iştirak edib.

Ənənəvi olaraq, o, Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən məntəqədə səs verib.

Seçki məntəqəsində Lukaşenko Seçki Komissiyasının üzvlərini salamlayıb və səsvermə prosesinin necə keçdiyindən xəbərdar olub.