Xalq artistinin qardaşını parkda döydülər FOTO


Digərləri 09 Avq 2020 11:24:00 173 0

Xalq artistinin qardaşını parkda döydülər  FOTO

Sumqayıtda xalq artistinin qardaşını parkda döyüblər.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.

1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb. Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov xalq artisti Əlixan Səmədovun qardaşıdır.