Xəzər dənizində zəlzələ olub


Digərləri 09 Avq 2020 09:26:00 163 0

Xəzər dənizində zəlzələ olub

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:43-də qeydə alınıb.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.