Koronavirusu evlərdə ən çox bu yaşda olanlar yayır


Digərləri 08 Avq 2020 21:15:00 173 0

Koronavirusu evlərdə ən çox bu yaşda olanlar yayır

Yeni tip koronavirus-COVID-19-un evlərdə böyük yaşlı uşaqlar tərəfindən yayılma riski kiçik yaşlı uşaqlara nisbətən daha çoxdur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu, Cənubi Koreyadan olan alimlərin apardıqları araşdırmadan sonra gəlinən nəticədir. Cənubi Koreyada 5706 koronavirus xəstəsi və təmasda olduqları 59073 nəfərin müşahidəsi ilə aparılan araşdırmanın nəticələri ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin internet səhifəsində yer alıb.

COVID-19 xəstələrinin evdə təmasda olduqları şəxslərin təxminən 11,8 faizində COVID testləri pozitiv çıxıb. Yaşları 10-19 olan xəstələrlə yaşayanlarda isə bu göstəricinin 18,6 faiz olduğu məlum olub. Araşdırmada izlənən qruplar arasında COVID-19-un evdə ən yüksək yoluxma riskinin bu yaş arasında olan uşaqlardan qaynaqlandığı bildirilir.

Mütəxəssislər yaşı 10-dan az olan uşaqların xəstəliyi yayma faizinin çox az olduğunu bildiriblər. Amma hesab olunur ki, indi bağlı olan məktəblər açılanda bu durum dəyişə bilər.