Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var


Dünya 08 Avq 2020 20:33:00 178 0

Beyrutda nümayişçilər XİN binasına girdilər, 130 yaralı var

Livanın paytaxtı Beyrutda nümayişçilərlə güc strukturları arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 130-a çatıb.

APA xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyətinin Livan ofisi özünün "Twitter" səhifəsində bildirib.

Buna qədər 60 nəfərin xəsarət aldığı deyilirdi.

"28 yaralı yaxınlıqdakı xəstəxanalara aparılıb. 102 nəfərə isə yerində tibbi yardım göstərilir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar. Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına soxulublar.