Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var FOTO


Digərləri 08 Avq 2020 20:28:00 151 0

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var  FOTO

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.