Xırdalanda yanğın baş verib


Digərləri 08 Avq 2020 14:47:00 177 0

Xırdalanda yanğın baş verib

Xırdalanda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Yanğın qısa müddət ərzində söndürülüb.