Şahmar Mövsümov: Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq


Digərləri 08 Avq 2020 11:45:00 156 0

Şahmar Mövsümov: Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq

"Kafelər restoranlar açılmayıb, amma insanlar küçələrdə toplaşır gəzir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər bu belə davam edərsə, yoluxma arta bilər və biz yenidən qadağaları bərpa edə bilərik. Dövlətin məqsədi bu deyil, amma təssüf ki, karantin qaydaları pozulduqca, sıxlıqlar, toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar artacaq.