Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir


Dünya 08 Avq 2020 10:04:00 151 0

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Türkiyədə toy, nişan və s. bu kimi mərasimlərdə yeni növ koronavirusla (COVID-19) mübarizə qaydalarına əməl etməyənlər cəzalandırılacaq. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi sərəncamda bildirilib.

Qeyd olunub ki, COVID-19-la mübarizə ilə əlaqədar 7-9 avqust tarixlərində DİN sınaq təcrübəsi keçirəcək və bu müddət ərzində yuxarıda adıçəkilən mərasimlərdə kütləvi tətbiq olunan maska, sosial məsafə, sanitar-gigiyenik tələblərə əməl etməyənlərə cəza tətbiq olunacaq.