Bu ölkədə güclü yağışlar daha 4 can aldı


Dünya 08 Avq 2020 09:14:00 167 0

Bu ölkədə güclü yağışlar daha 4 can aldı

Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb, daha 1 nəfərin itkin olduğu bildirilir.

Mili.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə Seuldan 400 km cənubda yerləşən Kokson qəzasında baş verib. Torpaq sürüşməsi nəticəsində yer altında beş ev qalıb.

Ərazinin 30-a yaxın sakini yaxınlıqdakı məktəbə təxliyə edilib.